Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İsrailin paytaxtı Tel-Əvivdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə 65.400 bal toplayaraq yarışın bürünc medalına sahib çıxıb.
Komandamız həmçinin ayrı-ayrı alətlər (5 halqa, 3 lent və 2 top) üzrə sabah keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.