Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında daha bir medal qazanıb.
Fanat.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv 3 lent və 2 top ilə hərəkətlərin icrasına görə 31.900 xala layiq görülüb. Bu göstərici ilə millimiz yarışda yenidən fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Komandamız daha əvvəl çoxnövçülük və beş halqa ilə çıxışına görə bürünc mükafata layiq görülüb.
Beləliklə, Azərbaycan bədii gimnastları Avropa çempionatını 4 bürünc medalla başa vurub. Xatırladaq ki, digər bürünc mükafatı gənclərin yarışında mübarizə aparan Kamilla Qafarova ölkəmizin aktivinə yazdırıb.
*** 15:11
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında daha bir medal qazanıb.
Fanat.Az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət yığma 5 halqa ilə hərəkətlərin icrasına görə hakimlərdən 34.750 xal alaraq bürünc medala sahib çıxıb.
Kollektiv bir qədər sonra 3 lent və 2 top ilə final çıxışını təqdim edəcək.
Qeyd edək ki, qrup hərəkətləri komandamız ötən gün çoxnövçülükdə də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.