Əfsanəvi rusiyalı qapıçı Rinat Dasayev İspaniyadakı həyatından danışıb. Apasport.az saytının məlumatına görə, uzun illər SSRİ yığmasının əsas qapıçısı olan 56 yaşlı veteran futbolçu karyerasını bitirdiyi Sevilyanı Azərbaycana bənzədib.
Həyat yoldaşı ispan olan “Sevilya”nın sabiq qapıçısının sözlərinə görə, ora ölkəmiz kimi cənubu xatırladır: “Sevilyanın məxsus olduğu Andalusiya regionu Gürcüstan, Ermənistan, yaxud Azərbaycan kimi cənub dövlətlərinə bənzəyir. Onun əhalisi çox temperamentlidir, bayramları sevirlər. Onlar qənaət etmək yox, yaşamaq üçün pul qazanırlar. Hər ay mütləq 2-3 bayram olur. Özü də stol ətrafına bütün ailə - bacılar, qardaşlar, çoxlu əmilər xalalar yığışır. Andalusiyalıların danışığı çox tez və gurdur. Georgi Yartsev həyat yoldaşımla danışdığım zamanı gülərək deyir ki, mən həmişə sizin söyüşdüyünüzü fikirləşirəm”.
İdman24.az