Bir günlük istirahətdən sonra "Xəzər Lənkəran" Almaniyadakı hazırlığını bərpa edib. Bu gün səhər məşqinə çıxan komanda yarım saatlıq fiziki məşqlərdən sonra qalan 1 saatı toplu çalışmalarla davam etdirib. Futbolçuların mübarizə əzmi və istəkli çalışmaları məşqçilər korpusunu yetərincə razı salıb. Bu gün axşam daha bir məşqçə çıxacaq "Xəzər Lənkəran"ın düşərgəsində zədəli futbolçu yoxdur və tam heyətlə hazırlıq davam edir.
İdman24.az