2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramı açıqlanıb.
Fanat.Az xəbər verir ki, ilk medallar iyulun 27-də sahibini tapacaq. İdmançılar cüdo, qılıncoynatma, velosiped idmanı, skeytbordinq, üzgüçülük, suyatullanma, reqbi və atıcılıq üzrə mübarizə aparacaqlar.
Olimpiadanın sonuncu günü – avqustun 11-də güləş, yüngül atletika (marafon), basketbol, su polosu, trek velosiped idmanı, beşnövçülük və həndbol yarışları olacaq.
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.