Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının açılışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə hakim AKP partiyasının sədr köməkçisi və Konyanın millət vəkili Leyla Şahin Usta bu gün keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, 54 ölkənin iştirak edəcəyi yarışın açılış mərasimi avqustun 9-da baş tutacaq. Oyunlara avqustun 18-də yekun vurulacaq.