"Real Madrid" Karlo Ançelotti ilə razılığa gəldiyini bir neçə gün içində açıqlayacaq.
İdman24.az xəbər verir ki, bu gün "PSJ" ilə yollarını rəsmən ayırması gözlənilən Ançelotti "Real"la çərşənbə gününə qədər rəsmi müqavilə imzalayacaq.
Daha öncə "Çelsi" və "Milan"ı çalışdıran məşqçinin ilk transferinin "Malaqa" forması geyən İsco olacağı gözlənilir.
İdman24.az