Türkiyədə keçiriləcək V İslam Həmrəylik Oyunları üçün Azərbaycan milli komandasının ilk heyəti Konya şəhərinə gəlib.
Fanat.Az xəbər verir ki, heyətdə Gənclər və İdman Nazirliyinin, eləcə də Milli Olimpiya Komitəsinin rəsmiləri də yer alıb.
Qeyd edək ki, İslamiada 5 avqustda velosiped və paraüzgüçülük yarışları ilə start götürəcək. Azərbaycan 22 idman növündə təmsil olunacaq.