Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Fanat.Az xəbər verir ki, həm kişilərdən, həm də qadınlardan ibarət yığmamız X turda Ermənistan kollektivi ilə qarşılaşacaq. Artıq komandaların matçlar üçün heyətləri də məlum olub.
Ümumdünya Şahmat Olimpiadası
Kişilər
X tur
Azərbaycan – Ermənistan
Şəhriyar Məmmədyarov – Qabriel Sarkisyan
Qədir Hüseynov – Hrant Melkumyan
Vasif Durarbəyli – Manuel Petrosyan
Nicat Abbasov – Robert Hovanisyan
Məmmədyarov ilə Durarbəyli ağ, Hüseynov və Abasov qara fiqurlarla oynayacaq.
Qadınlar
X tur
Ermənistan – Azərbaycan
Elina Danielyan – Günay Məmmədzadə
Lilit Mkrtçyan – Xanım Balacayeva
Anna Sarqsyan – Gövhər Beydullayeva
Susanna Qaboyan – Gülnar Məmmədova
Məmmədzadə və Beydullayeva qara, Balacayeva ilə Məmmədova ağ fiqurlarla oynayacaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.
Qeyd edək ki, 9 turdan sonra hər iki yığmamızın hesabında 14 xal var. Bu nəticə ilə hər iki millimiz turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Kişilərdə lider Özbəkistan (16 xal), qadınlarda Polşa (15) seçməsidir. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.