Azərbaycan paralimpiyaçıları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, kamandan oxatanlarımız qarışıq və kişilərin komanda yarışlarında bürünc medallara sahib çıxıblar.
Kişilərdən ibarət komandanın tərkibində Cahan Musayev və Əli Nəbeyin qüvvəsini sınayıb. Qarışıq yarışlarda isə ölkəmizi Cahan Musayev və Azadə Abdullayeva təmsil ediblər.
Qeyd edək ki, Konya 2021 V İslam Həmrəyliyi Oyunlarına ölkəmiz 8 paralimpiyaçı ilə qatılıb.