Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, turnirin bombardiri Mbilla Etamedi.
"Xəzər Lənkəran"ın üzvü "Neftçala"nın qapısına 2 qol vurub, "Araz Naxçıvan"ı isə bir dəfə məyus edib. 7 futbolçu isə cari mövsümdə kubokda 2 dəfə fərqlənib. Onlardan yalnız biri - Sadio Tounkaranın çıxış etdiyi komanda kubokda mübarizəni davam etdirir. "Rəvan" yarımfinala çıxsa da, Vüsal Qarayev artıq bu komandanın formasını geyinmir.
3 qol - Mbilla Etame (Xəzər Lənkəran).
2 - Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Sadio Tounkara (Xəzər Lənkəran), Vüsal Qarayev (Rəvan), Elvin Adişirinli (Şuşa), Reynaldo Silva (Qarabağ), Rəşad Eyyubov (Simurq).
Fanat.az