"Zenit" forması geyən istedadlı oyunçu Axel Vitsel "PSJ"dən təklif alacağı halında imtina etməyin çətin olacağını bildirib.
İdman24.az xəbər verir ki, belçikalı oyunçu transfer gündəmini zəbt edəcək açıqlamalar verib. Vitsel "Mən indi tamamilə "Zenit"in inkişafına köklənmişəm, amma "PSJ"dən gələcək bir təklifə yox demək çətin olar mənə", deyib.
Qeyd edək ki, oyunçu "Benfika"dan "Zenit"ə 40 milyon avroya transfer olmuşdu.
İdman24.az