Son mövsüm göstəridiyi oyunla “Real” və “Mançester Siti”nin maraq dairəsinə düşən “Malaqa”nın futbolçusu İskonun illər öncə verdiyi açıqlama yenidən gündəmə düşüb. Fanat.az xəbər verir ki, 2009-ci il İspaniya U-17 millisinin oyunçusu olan yarımmüdafiəçi müsahibəsində Madrid klubunu bəyənmədiyini deyib.
“Belə sözlər söyləyirəm, amma gələcəkdə harada oynacağım müəyyən deyil. “Real”da oyunçuları alçaldırlar”.
Messi haqda da danışan futbolçu itinə argentinalı ulduzun adını verməsinin səbəbini açıqlayıb: “Messi dünyanın ən yaxşısıdır. İtim Messi də belədi”.
İdman24.az