Geridə qalan mövsüm əvəzedici heyətlərin ölkə birinciliyini gümüş medallarla tamamlayan Rövşən Babayevin yetirmələri sabahdan etibarən hazırlıqlara başlayacaq. Mingəçevirdə bir araya gələcək "Simurq" burada üç günlük seleksiya işlərindən sonra, iyulun 3-dən Qaxda təlim-məşq toplanışına start verəcək. İki həftəlik hazırlıqlardan sonra "sarı-qaralar" Gürcüstana yollanacaq. Bir həftədə qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda burada bir neçə yoldaşlıq görüşlərində gücünü sınaqdan keçirdəcək.
Qeyd edək ki, əvəzedici heyət Mingəçevirdəki məşqləri şəhər stadionunda keçirdəcək. Burada əsasən heyəti formalaşdırmağa çalışacaq komanda baxış üçün dəvət olunmuş gənc futbolçular arasında seçim edəcək. Məşqçilər korpusunun inamını qazanmış oyunçularla rəsmi müqavilələr bağlanacaq.
İdman24.az