AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Xəzər Lənkəran” - “Araz Naxçıvan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün “Xəzər Lənkəran” klubu 1000 manat, “Araz Naxçıvan” klubu 100 manat cərimə olunur.
“Neftçi” - “İnter” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
“Qarabağ” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
“Bakı” - “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan”nın məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
Fanat.az