18:53 29.03.2014 677

"Böyük oyun"da kiçik hesab: sönük oyun, 1 qol, 3 xal

Bu gün Topaz Premyer Liqasında mövsümün növbəti "Böyük oyun"u - "Neftçi" - "Xəzəri Lənkəran" matçı baş tutub. Fanat.az xəbər verir ki, "Bakcell Arena"da baş tutan qarşılaşma əzəli rəqiblər arasında cari mövsümə təsadüf edən 5-ci görüş olub.

Sönük keçən oyunun taleyini bir qol həll edib. 78-ci dəqiqədə qapı qarşısına Bruno Bertuççinin ötürməsini Ernest Nfor başla qapıdan keçirərən "Neftçi"yə əzəli rəqibi üzərində minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, mövsümün bundan əvvəl baş tutan 4 "Böyük oyun"undan 3-ü Premyer Liqada, biri Supekubokda keçirilib. Çempionatdakı "Neftçi" - "Xəzər Lənkəran" oyunlarından ikisində qalib müəyyənləşməyib (0:0, 2:2), birində "ağ-qaralar" qələbəyə sevinib (4:1). Naxçıvandakı Superkubok matçında isə "Xəzər Lənkəran" 2:1 hesablı qələbə qazanıb. Bugünkü "Böyük oyun" cari mövsüm üçün son olmaya bilər. Belə ki, hər iki komandanın Azərbaycan Kubokunun finalına çıxmaq şansı var. 

Bu matç əzəli rəqiblər arasında 33-cü qarşılaşma olub. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 29 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb. "Neftçi" bu gün əzəli rəqibi üzərində 10-cu qələbəsini qazanıb. 9 oyunda "Xəzər Lənkəran" sevinib, 14 matçda qalib müəyyənləşməyib. Kubokda heç-heçə yekunlaşan matçlardan birində "ağ-qaralar" penalti seriyasında qələbəni bayram edib. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dı. Lənkəran klubu 2011-ci il martın 3-də kubokun 1/4 finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.

Əzəli rəqiblər çempionatda 29-cu dəfə qarşılaşıb. Bu qarşılaşmalarda "Neftçi" 10, "Xəzər Lənkəran" 7 qələbə qazanıb. 12 oyunda tərəflər meydandan bir xalla ayrılıb. "Ağ-qaralar"ın 31 qoluna lənkəranlılar 23 dəfə cavab verə bilib. “Böyük oyun”larda qonaqlar 2148 gündü qələbəyə həsrətdi. Belə ki, 6 ilə yaxındı rəqiblərdən heç biri səfərdə qalib gələ bilmir.

Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXVIII tur

29 mart
Neftçi - Xəzər Lənkəran 1:0
Qol: Ernest Nfor, 78.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 7. Araz Abdullayev (21. Samir Məsimov, 80), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (23. Ruslan Qurbanov, 58), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 90. Ernest Nfor (3. Denis Silva, 90+1).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi (4. Alvaro Silva, 77), 12. Junior Nildo (7. Sadio Tounkara, 65), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (2. Slavik Alxasov, 46), 20. Mbilla Etame, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 16. Adrian Pit, 30. Elias, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
Sarı vərəqələr: Ernest Nfor, 52 (qeyri-idman hərəkəti). Bruno Bertuççi, 77 (hakimin qərarına etiraz) - Vanderson Skarduelli, 33 (qeyri-idman hərəkəti). Junior Nildo, 62 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
"Bakcell Arena". 4000 tamaşaçı.

1

Qarabağ

27

17

7

3

50-14

58

2

Neftçi

28

15

6

7

41-33

51

3

Bakı

28

14

6

8

45-30

48

4

İnter

27

13

6

8

41-31

45

5

Qəbələ

27

13

5

9

37-28

44

6

Simurq

28

10

9

9

31-22

39

7

Xəzər L

28

8

10

10

28-39

34

8

AZAL

27

6

8

13

26-40

26

9

Rəvan

27

3

8

16

15-46

17

10

Sumqayıt

27

2

7

18

16-47

13


Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

Facebookdan bizi izləməyi unutmayın.
X