Topaz Premyer Liqasında XXVIII turun oyunları davam etdirilib. Fanat.az xəbər verir ki, "İnter" - "Rəvan" matçı qar səbəbindən 11-ci dəqiqədə dayandırıldığından üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
Bu matçda lider "Qarabağ" "Qəbələ"ni qəbul edib. Hesabı 48-ci dəqiqədə Çumbinyo açıb. 65-ci dəqiqədə Reynaldo Silva fərqlənib. 78-ci dəqiqədə Elnur Allahverdiyev qırmızı vərəqə alaraq, "Qəbələ"ni azlıqda qoyub. 9 dəqiqə sonra Reynaldo dubl edərək cari mövsümdə 17-ci qolunu vurub - 3:0.
Bu Ağdam və Qəbələ klubları cari mövsümdə artıq 6-cı qarşılaşma olub. Premyer Liqadakı hər 4 matçda Qurban Qurbanovun yetirmələri qəbəbə qazanıb. Kubokda isə Yuri Syominin yetirmələri rəqibdən üstün olub (0:0, 2:1).
"Qarabağ" ardıcıl 9-cu matçda meydanı xalla tərk edib. Ağdamlılar sonuncu dəfə XIX turda "Xəzər Lənkəran"a uduzub. Bundan sonra 9 oyunda 8 qələbə qazanan Qurban Qurbanovun yetirmələri 1 heç-heçə edib. "Qarabağ" son 5 matçında rəqiblərini darmadağına məruz qoyub. Belə ki, lider "Neftçi"ni 4:1, "Bakı"nı 4:0, "İnter", "Sumqayıt" və "Qəbələ"ni 3:0 hesabı ilə yenib.
Qeyd edək ki, ilk iki oyun günündə üç qarşılaşma baş tutub. "Sumqayıt" AZAL-ı, "Bakı" "Simurq"u 2:1, "Neftçi" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib. "İnter" - "Rəvan" matçı (0:0) sabah saat 17.00-da 11-ci dəqiqədən davam etdiriləcək.
Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXVIII tur
30 mart
Qarabağ - Qəbələ 3:0
Qollar: Çumbinyo, 48. Reynaldo Silva, 65; 87.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (25. Ansi Aqolli, 71), 18. İlqar Qurbanov (7. Namiq Yusifov, 71), 20. Riçard Almeyda, 24. Admir Teli (k), 41. Leroy Corc (99. Nikolas Gelaşvili, 88), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulriş Kapolonqo, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Amit Quluzadə (11. Yannik Kamanan, 57), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (14. Lorenzo Ebesilio, 66), 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 7. Marat İzmaylov, 16. Ruslan Tağızadə, 19. Abdulvahid Afolabi.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: İlqar Qurbanov, 66 (qeyri-idman hərəkəti) - Ürfan Abbasov, 35 (qeyri-idman hərəkəti). Viktor Mendi, 38 (hakimin qərarına etiraz). Elnur Allahverdiyev, 76 (qeyri-idman hərəkəti); 78 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 78.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
1 | Qarabağ | 28 | 18 | 7 | 3 | 53-14 | 61 |
2 | Neftçi | 28 | 15 | 6 | 7 | 41-33 | 51 |
3 | Bakı | 28 | 14 | 6 | 8 | 45-30 | 48 |
4 | İnter | 27 | 13 | 6 | 8 | 41-31 | 45 |
5 | Qəbələ | 28 | 13 | 5 | 10 | 37-31 | 44 |
6 | Simurq | 28 | 10 | 9 | 9 | 31-22 | 39 |
7 | Xəzər L | 28 | 8 | 10 | 10 | 28-39 | 34 |
8 | AZAL | 27 | 6 | 8 | 13 | 26-40 | 26 |
9 | Rəvan | 27 | 3 | 8 | 16 | 15-46 | 17 |
10 | Sumqayıt | 27 | 2 | 7 | 18 | 16-47 | 13 |
Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ) - 8.
Fanat.az