Bakıda hazırlıq keçən AZAL məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, iyulun 8-dək paytaxtda hazırlaşacaq AZAL bir neçə yoxlama oyunu keçirəcək.
Artıq rəqiblərin adı bəllidi. İyunun 30-da «Rəvan»la qarşılaşacaq Vaqif Sadıqovun yetirmələri iyulun 6-da «Sumqayıt»la üz-üzə gələcək.
Daha sonra Türkiyəyə yollanacaq AZAL qardaş ölkədə 5 oyun keçirəcək. Rəqiblərin adı hələ bəlli deyil.
İdman24.az