AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XXVIII, I divizionun XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
- Əvəzedici heyətlərin XXVIII turunun “Sumqayıt” - AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
- Əvəzedici heyətlərinin XXVIII turunun “İnter” - “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur
- I divizionun XXIII turunun “Bakılı” - “Mil-Muğan” matçının 51-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Əli Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
- I divizionun XXIII turunun “Qaradağ Lökbatan” - “Araz Naxçıvan” oyununun 88-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
- I divizionun XXIII turunun “Ağsu” - “Karvan” matçında hər iki klubunun 4 futbolçusu sarı ilə vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 23-cü dəqiqəsində “Karvan” klubunun futbolçusu Ceyhun Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
Fanat.az