Azərbaycan triatlonçusu Rostislav Pevtsov olimpiya reytinqində 11 pillə irəliləyib.
Fanat.Az xəbər verir, Çilidə keçirilən Dünya Kubokunun mərhələ yarışında 11-ci yeri tutan Pevtsov bununla reytinqini yaxşılaşdırıb. O, hazırda 48-ci sırada qərarlaşıb.
Qeyd edək ki, reytinqə əsasən, 55 idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.