15:30 02.04.2014 570

AFFA prezidenti: "Premyer Liqa klublarının sayı artmayacaq"

"Mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. İstər çempionat oyunlarında, istərsə də kubok uğrunda qarşılaşmalarda maraqlı və gərgin rəqabətin şahidi oluruq". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

AFFA İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş iclasında lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014/15 mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsinin müzakirə olunması barədə qərar qəbul olunmuşdu. Rövnəq Abdullayev ötən müddət ərzində görülmüş işlərlə bağlı AFFA-nın rəsmi saytına açıqlamasında danışıb: "Cari mövsümü mükafatçılar sırasında hansı komandaların başa vuracağı ilə yanaşı, futbol ictimaiyyətini və azarkeşləri növbəti çempionatda Premyer Liqada neçə klubun çıxış edəcəyi də ciddi maraqlandırır. İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş son iclasında növbəti mövsüm Topaz Premyer Liqasında 12 komandanın iştirak edə biləcəyi ilə bağlı qərar qəbul olunub. Lakin həmin qərarda çox vacib bir məqam da xüsusi vurğulanıb ki, elitada komandaların sayının artırılması I diviziondan yüksək liqaya çıxmaq istəyən hər hansı klubun lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab verə biləcəyi halda mümkün olacaq. Əlbəttə, AFFA rəhbərliyi ölkə çempionatının yüksək liqasında komandaların sayının daha çox olmasını arzulayır. Amma bu arzunun gerçəkləşməsi üçün klublarda mövcud qaydalara, xüsusilə lisenziya tələblərinə uyğun müvafiq işlər görülməlidi". 

Abdullayev bildirib ki, lizenziyanın tələblərini yalnız bir klub yerinə yetirib: "Təəsüf ki, bu sahədə vəziyyət arzuladığımız səviyyədə deyil. 2014/15 mövsümündə Topaz Premyer Liqasında çıxış etmək istəyən klublar üçün lisenziyalaşdırma prosesi bu il aprelin 30-da başa çatacaq. AFFA-nın baş katibliyinin verdiyi məlumata görə, bu günə qədər I divizion klublarından yalnız "Araz Naxçıvan" lisenziya tələblərinin böyük əksəriyyətini yerinə yetirib və elitada çıxış edə bilmək üçün maliyyə zəmanətini də təqdim edəcəyi halda, Premyer liqada çıxışına lisenziyalaşma baxımından hər hansı problem olmayacaq. Baş katibliyin lisenziyalaşdırma ilə bağlı proqnozuna görə, digər I divizion klublarının bu sahədə müxtəlif meyarlarla bağlı çatışmazlıqları çoxdu və qalan qısa müddət ərzində onların aradan qaldırılması o qədər də inandırıcı görünmür. Belə olacağı təqdirdə, İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında qəbul olunmuş qərara uyğun olaraq, 2014/15 mövsümündə I diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksələcək və müvafiq olaraq, cari mövsümün yekunlarına əsasən, yüksək liqada turnir cədvəlinin sonuncu pilləsini tutan klub I diviziona düşəcək. Başqa sözlə, Topaz Premyer Liqasında çıxış edən klubların sayı cari mövsümlə müqayisədə dəyişməyəcək. Təbii ki, klubların sayının artmasını istəyirik, ancaq kəmiyyəti artırmaqla keyfiyyəti azaltmaq olmaz. Premyer Liqada çıxış edən bütün klublar ölkədaxili, eləcə avrokubok oyunları üçün lisenziyalaşdırma tələblərini yerinə yetirməyi bacarmalıdı. Bu, UEFA klub yarışlarında çıxış edən klublarımızın hər hansı problemlə üzləşməməsi üçün çox vacib məsələlərdən biri, hətta birincisidi".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Facebookdan bizi izləməyi unutmayın.
X