Azərbaycan tamblinqçisi Mixail Malkin Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksələ bilməyib.
Fanat.Az xəbər verir ki, o, yarışların təsnifat mərhələsində birinci yeri tutaraq yarımfinala yüksəlib.
Lakin Malkin bu mərhələdə hər iki cəhdində səhv edərək uğursuz çıxış edib.
Beləliklə, idmançı yekunda 25.000 qazanaraq 14-cü yeri tutub və finaldan kənarda qalıb.
Qeyd edək ki, ötən il Bakıda keçirilən dünya çempionatında Malkin gümüş medal qazanmışdı.