15:48 04.04.2014 801

Lənkərnda uğursuzlar, Bakıda autsayderlər - AFİŞA

Sabah Topaz Premyer Liqasında XXIX turun oyunlarına start verəcək. Fanat.az xəbər verir ki, 3 qarşılaşma şənbə, qalan 2-si bazar günü baş tutacaq. Oyunlardan 3-ü Bakıda, biri Zaqatalada, biri Lənkəranda keçiriləcək.

"Qarabağ"ın zəfər yürüşü davam edəcək?

İlk oyun gününda lider "Qarabağ" AZAL-ın qonağı olacaq. Ən yaxın izləyicisi "Neftçi"ni 10 xal qabaqlayan Ağdam klubu 2014-cü ilin ən uğurlu kollektivindi. Belə ki, ilin ilk oyununda "Xəzər Lənkəran"a uduzan Qurban Qurbanovun yetirmələri bundan sonra keçirdikləri 9 Premyer Liqa matçının 8-də qələbə qazanıb, birində heç-heçə edib. "Qarabağ" son 5 oyunda darmadağına sevinib. "Neftçi"ni 4:1, "Bakı"nı 4:0 hesabı ilə yenən ağdamlılar "İnter", "Sumqayıt" və "Qəbələ"ni 3 cavabsız topa qonaq edib.

AZAL isə 2014-ün ən uğursuz komandasıdı. "Təyyarəçilər" yeni ildə keçirdikləri 10 oyunda sadəcə 2 xal qazana biliblər. Komanda son 5 oyunda meydanı xalsız tərk edib. Vaqif Sadıqovun istefasından sonra baş məşqçi təyin olunan Tərlan Əhmədov AZAL-ı iki oyuna çıxarsa da, xala həsrət qalıb.

Abdullayevin bəyanatı autsayderlərin matçına rəng qatacaq?

Eyni saatda başlayacaq "Rəvan" - "Sumqayıt" oyunu autsayderlərin dueli baxımından önəmlidi. AFFA İcraiyyə Komitəsinin Premyer Liqa iştirakçılarının sayının artırılması ilə bağlı qərarından sonra hər kəs arxayınlaşmış və elitadakı yerlərinin təmin olunacağını düşürüdü. Lakin Rövnəq Abdullayevin son açıqlaması vəziyyəti dəyişə bilər. Belə ki, AFFA prezidenti mövsümün sonunda komandaların sayının artmayacağını və Premyer Liqanı bir klubun tərk edəcəyini açıqlayıb. Amma bu açıqlamanın çempionatın zirzəmisindəki rəqabəti artırmaq məqsədi ilə verilməsi də mümkündü...

Oyuna gəlincə, "Rəvan" son dövrlər daha inamlı təsir bağışlayır. Yeni ildə aktivinə 8 xal yazmağı bacaran paytaxt klubu son 3 matçda uduzsa da, kubokda "Bakı"nı mübarizədən kənarlaşdıraraq finala çıxıb. "Sumqayıt" isə son 9 oyunda 9 xal qazana bilib. Aqil Məmmədovun yetirmələri XXVIII turda AZAL-ı məğlub edib. Hazırda son iki pilləni tutan komandaları bir-birindən 1 xal ayırır. "Rəvan" qələbə qazanacağı halda fərqi 4-ə çatdırıb, 9-cu yeri özü üçün böyük ölçüdə təmin edəcək. "Sumqayıt" isə qələbə qazanaraq son pillədən qurtara bilər.

"Xəzər Lənkəran" - "Qəbələ": kubokdan öncə məşq

Şənbə günün son matçında "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edəcək. Bu qarşılaşma hər iki tərəf üçün böyük önəm daşıyır. Çünki həm Lənkəran, həm də Qəbələ təmsilçisi son dövrlər uğursuz çıxış edir. "Xəzər Lənkəran" son 10 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə məğlub olub. Mustafa Dənizlinin komandası son iki turda xala həsrət qalıb. "Qəbələ" isə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub. Yuri Syominin yetirmələri 6 oyundu qələbəyə həsrətdi.

Bu komandalar Azərbaycan Kubokunun 1/2 final mərhələsində rəqib olacaq. "Xəzər Lənkəran" "Araz Naxçıvan"ı, "Qəbələ" "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. Sabahkı oyun kubok matçından öncə hər iki tərəf üçün yaxşı məşq olacaq.

Derbidə kim güləcək?

Bazar gününə "Neftçi" - "Bakı" matçı ilə start veriləcək. Son illər paytaxt derbiləri gərginliyi ilə fərqlənir, az qala hər oyunda futbolçular və klub rəsmiləri arasında dava düşür. Hazırda hər iki klubun 3 xala ehtiyacı olduğunu nəzərə alsaq, bu dəfəki matçın da əvvəlkilər kimi gərgin və dava-dalaşlı olacağını deyə bilərik.

"Neftçi" 51 xalla ikinci pillədə qərarlaşıb və ən yaxın izləyicisini 3 xal qabaqlayır. "Bakı" isə 48 xalla "İnter"lə 3-4-cü pillələri bölüşür. Kubokda mübarizəni dayandıran Milinko Pantiçin yetirmələri Avropaya yalnız çempionatdan vəsiqə qazana bilər. "İnter" bu turda "kiçik qardaşı" "Simurq"la qarşılaşacaq və 3 xalı asanlıqla aktivinə yazacaq. Bu səbəbdən "Bakı" qələbə qazanmağa məhkumdu. "Neftçi" isə ikinci pilləni əldən verməməyə çalışacaq.

3 xal "İnter"in "cibində"

Turun son oyununda "İnter" "Simurq"u qəbul edəcək. Əslində bu oyunla bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdu. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "İnter" üçün iddialarını itirən "kiçik qardaşı"nı yenmək sətin olmayacaq. Georgi Çixradzenin başçılıq etdiyi komandanın "bankirlər"ə müqavimətsiz təslim olacağı sirr deyil. Böyük ehtimalla matçın taleyini bir qol həll edəcək.

Premyer Liqa
2013/14 mövsümü
IV dövrə, XXIX tur

5 aprel
AZAL - Qarabağ
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
"AZAL Arena". Saat 17.00.

Rəvan - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Bayıl Arena". Saat 17.00.

Xəzər Lənkəran - Qəbələ
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 18.00.

6 aprel
Neftçi - Bakı
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". Saat 15.30.

Simurq - İnter
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala şəhər stadionu. Saat 16.00.

1

Qarabağ

28

18

7

3

53-14

61

2

Neftçi

28

15

6

7

41-33

51

3

İnter

28

14

6

8

44-31

48

4

Bakı

28

14

6

8

45-30

48

5

Qəbələ

28

13

5

10

37-31

44

6

Simurq

28

10

9

9

31-22

39

7

Xəzər L

28

8

10

10

28-39

34

8

AZAL

28

6

8

14

27-42

26

9

Rəvan

28

3

8

17

15-49

17

10

Sumqayıt

28

3

7

18

18-49

16


Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 17. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Baçana Tsxadadze (İnter) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

18:03

MPL: "Zirə" "Sabah"ı, "Turan Tovuz" "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı yenir - YENİLƏNİR

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X