Futbol üzrə Almaniya milli komandasının hücumçusu Tomas Müller Qətərdə keçirilən dünya çempionatını tərk etdikdən sonra millidəki karyerası ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Sportschau.de" 33 yaşlı futbolçudan sitat təqdim edib: "Mənim üçün bu, tamamilə fəlakətdir. Bu, mənim son oyunum idisə, alman azarkeşlərə təşəkkür etmək istəyirəm. Bunu sevgi ilə etdim. Biz birlikdə inanılmaz anlar yaşadıq".
Xatırladaq ki, Almaniya qrup mərhələsinin son turunda Kosta-Rikanı məğlub edib (4:2), buna baxmayaraq, üçüncü yeri tutaraq mundialdan kənarda qalıb. Yaponiya və İspaniya milli komandaları qrupdan çıxıb.
Mirağa