Türkiyənin “Ümraniyəspor” klubunda ayrılıq qeydə alınıb.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Gürcüstandan olan yarımmüdafiəçisi Nika Qaqnidze ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Nika Qaqnidze bu ilin iyul ayında Gürcüstanın “Dila” klubundan icarə əsasında “Ümraniyəspor”a keçmişdi. O, bu komandada 3 oyuna çıxıb.