"Real Madrid"in və Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı " El Nacional" yayıb.
Xəbərə görə, 32 yaşlı futbolçunun xidmətində "Yuventus" maraqlıdır. Mənbə Turin klubunun rəhbərliyinin Kroosun transferini prioritet hədəf saydığını vurğulayıb.
Qeyd edək ki, alman futbolçunun "Real"la olan müqaviləsinin müddəti 30 iyun 2023-cü il tarixində başa çatacaq. Toni İspaniya nəhəngi ilə müqavilə yeniləməyi planlaşdırmır.
Nihat