"Çelsi" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Nqolo Kanteni heyətə qatmaq uğrunda mübarizə davam edir.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, bir neçə həftədir "Barselona" ilə danışıq apardığı deyilən Fransa millisinin üzvü PSJ-yə keçə bilər.
Xəbərə görə, hazırda maliyyə problemləri olan Kataloniya təmsilçisi Nqolonun istədiyi əməhaqqını ödəməyə hazır deyil. Bu məqamı nəzərə alan PSJ rəhbərliyinin hərəkətə keçdiyi, artıq futbolçunun agenti ilə danışıqlara başladığı bildirilib. Mənbə Kantenin azad agent qismində komandanın sıralarına cəlb edilməsinin Paris klubunun bossları üçün prioritet hədəf olduğunu vurğulayıb.
Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış edən Kante London komandası ilə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının qalibi adını qazanıb.
Nihat