Əfsanəvi braziliyalı Ronaldo milli komandanın baş məşqçisi postuna namizədini açıqlayıb.
Fanat.Az xəbər verir ki, fenomen bu barədə "Marca"ya danışıb:
“Ola bilsin ki, hamı təəccüblənəcək. Braziliya Futbol Federasiyası uzun siyahıda Fernando Dinizi də nəzərdən keçirəcək. Düşünürəm ki, adı çəkilməyən başqa əcnəbi adlar da var. Fernando Diniz Braziliya millisi üçün cəlbedici olar. O, azarkeşlər üçün şouları ilə yadda qalan biridir.
Heç bir kubok qazanmadığı üçün çoxları ona şübhə edə bilər, amma Fernandonun yaxşı məşqçi olduğunu düşünürəm. Millinin növbəti məşqçisinin kim olacağı mənə maraqlıdır. Bu, növbəti tsikl üçün çox vacib qərardır və yeni çalışdırıcının adı nə qədər tez təqdim edilsə və komandanın fəlsəfəsi üzərində iş başlasa, bir o qədər yaxşıdır”.
Qeyd edək ki, Fernando Diniz hazırda "Fluminense"yə rəhbərlik edir. Neymar başda olmaqla bir sıra braziliyalı futbolçuların onun namizədliyini dəstəklədiyi məlumdur.
Tite DÇ-2022-nin 1/4 finalında mübarizədən kənarlaşdırıldıqdan sonra Braziliya millisini tərk edib və hazırda baş məşqçi postu vakantdır.
Mİrağa