"Çelsi"nin və Mərakeş yığmasının yarımmüdafiəçisi Hakim Zieşi bu qış heyətinə qatmağı planlaşdıran "Milan" rəhbərliyi fikrindən daşınıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato.com" yayıb.
Xəbərə görə, DÇ-2022-də adından söz etdirən milli üzvünün əməkhaqqı tələbini qarşılaya bilməyən "qırmızı-qaralar" geri çəkilmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Zieş Qətərdə keçirilən dünya birinciliyində çıxdığı 5 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Nihat