"Real Madrid"in hücumçusu Eden Hazar klubdan ayrılmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Xəbərə görə, belçikalı ulduzun MLS-ə keçəcəyi gözlənilir. Futbolçu təklifləri mövsümün sonunda dəyərləndirəcək.
Qeyd edək ki, Hazar cari mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə cəmi 6 oyun keçirib.
Röya