"Barselona"nın futbolçusu Memfis Depayın A Seriyasına keçidi baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, hücumçunun transferində maraqlı olan "Roma" fikrindən danışıb.
Məlumatı "Marca" yayıb.
Xəbərə görə, İtaliya klubunun 28 yaşlı niderlandlı oyunçunun ilinə istədiyi 7 milyon avronu ödəmək imkanı yoxdur.
Qeyd edək ki, Depay 2021-ci ildən "Barselona"da çıxış edir. 30 oyunda meydana çıxan forvard 13 qol vurub.
Röya