"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasının hücumçusu Markus Raşforddan danışıb.
Fanat.Az xəbər verir ki, ESPN niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mançester Yunayted"ə gələn gündən Raşfordun böyük potensialının olduğunu gördüm. İndi həmin o potensialın açılması üçün bacardığını edir. Raşford sürətli hücumlar zamanı möhtəşəm görünür. Hə, Markusa bənzəyən, Kilian Mbabbe adlı bir oğlan da var. Ancaq Markus iti həmlələrdə iştirak edərkən inanılmaz təsir bağışlayır".