"Bayern Münhen"in və Almaniya millisinin sabiq futbolçusu Filip Lam FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, RND keçmiş müdafiəçinin fikirlərini belə çatdırıb:
“İnfantinonun rəhbərliyi altında FİFA daha da etibarsız hala düşüb. Getdikcə daha çox görünür ki, o, futbolun maraqlarına xidmət edəcək həll yollarını axtarmır. Üstəlik, o, dürüstlükdən məhrumdur.
Onun hər hansı dəyişiklik etmək istədiyi görünmür. O, sadəcə olaraq futboldan faydalanır. Bu isə FİFA-nın və ümumiyyətlə futbolun problemidir. Vəziyyəti dəyişdirməyin yeganə yolu diqqəti dünya çempionatının ev sahiblərinin seçilməsi üçün şəffaf prosedur yaratmağa yönəltməkdir".
Mirağa