İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin postunda qalacağını dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (EFA) "Twitter" hesabından paylaşıb edib.
52 yaşlı mütəxəssis 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında da komandanın sükanı arxasında olacaq.
Sautqeyt 2016-cı ilin sentyabrından İngiltərə millisinə başçılıq edir. Böyük britaniyalılar təcrübəli mütəxəssisin rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Fransaya uduzaraq (1:2) mübarizəni dayandırıb.
Mirağa