Sabiq çilili hücumçu İvan Samorano Argentina millisinin və "Mançester Siti"nin hücumçusu Xulian Alvaresi Kilian Mbappe və Erlinq Holanddan üstün saydığını söyləyib.
Fanat.Az xəbər verir ki, məşhur veteranın dediklərini belə çatdırıb:
"Mən müasir futbolda nadir hallarda rast gəlinən klassik mərkəz hücumçusu olmuşam. Fikrimcə, Xulian Alvares bu gün dünya futbolunda ən mükəmməl hücumçudur. Holand cinahlarda o qədər də yaxşı təsir bağışlamır. Mbappe isə "9 nömrə" mövqeyində az gözə dəyir. Alvares isə universaldır. Onun sağ və sol ayaqları ilə əla zərbələri var, cinahlarda işinin öhdəsindən lazımınca gəlir. Başla yaxşı oynayır, müdafiəyə kömək edir. İstər start sürəti, istərsə də uzun məsafəyə qaçışı göz oxşayır. Son dünya çempionatında Xorvatiya seçməsinin qapısına vurduğu qolu yada salsaq, yetər".
Nihat