PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-dəki çempionluq sevinci hələ davam edir.
Fanat.Az "TyC Sports"a istinadən xəbər verir ki, ulduz forvard yanvarın 11-də Fransa klubunun düşərgəsinə qayıdacaq.
Bu o deməkdir ki, Messi PSJ-nin 3 matçını buraxacaq. Başqa sözlə, o, 16, 17 və 18-ci tur çərçivəsində uyğun olaraq, "Strasburq", "Lans" və "Anje" ilə görüşlərdə iştirak etməyəcək.
Mirağa