Dünən dünyasını dəyişən Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək.
Fanat.Az xəbər verir ki, məlumatı “Je-1” yayıb.
Xəbərə görə, dekabrın 23-də həkimlər 82 yaşında həyatla vidalaşan əfsanənin səhhətinin pisləşdiyini açıqlayıb və bundan sonra vida mərasiminin təşkili üçün San-Pauluda yerləşən stadiona uyğun avadanlıqlar gətirilib. Mənbə mərasimin günyarım davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, Pele dekabrın 29-da vəfat edib. O, 3 dəfə (1958, 1962, 1970-ci illər) dünya çempionu olmağı bacaran yeganə futbolçudur.
Nihat