PSJ-nin və Argentina millisinin superulduzu Lionel Messi dekabrın 29-da dünyasını dəyişən Pelenin ölümünə biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
"Rahat yat, Pele".
Xatırladaq ki, yeganə üçqat dünya çempionu olan Pele Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FİFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Nihat