"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki. bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Əl-Nəsr" qış transfer pəncərəsində Busketi transfer etməyə hazırlaşır. "Barselona" ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq ispaniyalı yarımmüdafiəçiyə maraq onun Kataloniya klubundakı durumunun qeyri-müəyyən olması ilə bağlıdır.
Buskets "Əl-Nəsr"a keçmək barədə hələ qərar verməyib.
PSJ-nin müdafiəçisi Serxio Ramos və hücumçu Kriştianu Ronaldunun da "Əl-Nəsr"ə keçəcəyi bildirilir.
Mirağa