"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın iki futbolçusunun - Marko Asensio və Daniel Sebalyosun gələcəyi barədə danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Asensio və Sebalyosla yeni müqavilələr imzalanması ilə bağlı narahat deyiləm. Bizim hələ müzakirələr üçün vaxtımız var... Qısası, bu futbolçular "Real"da oynamaq istəsələr də, istəməsələr də şad olacağam".
Qeyd edək ki, 26 yaşlı ispan futbolçuların Madrid təmsilçisi ilə olan anlaşmalarının müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat