Denis Suares daimi transfer olaraq "Vilyarreal"a qayıtmaq üzrədir.
Fanat.Az "Marca"ya istimadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümündə icarə əsasında çıxış etdiyi klubla tam razılığa gəlib və yaxın bir neçə saat ərzində onun tibbi müayinədən keçərək müqaviləyə imza atacağı gözlənilir.
2019-cu ildən "Selta"da çıxəş edən Suareslə 2026 -cı ilin yayına qədər anlaşma əldə olunub.
Xatırladırıq ki, Suares "Selta" və "Vilyarreal"dan başqa, “Barselona”, “Mançester Siti”, “Arsenal” və “Sevilya” kimi klublarda çıxış edib.
O, "Vilyarreal"da 2015/2016 mövsümündə icarə əsasında oynadığı 48 matçda 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa