Braziliyanın "Santos" klubu əfsanəvi hücumçu Pelenin ölümündən sonra 10 nömrəli formanı əbədiləşdirməyəcək.
Fanat.Az xəbər verir ki,bu barədə klubun prezidenti Andres Ruedaya istinadən UOL məlumat yayəb.
Mənbənin məlumatına görə, klub rəhbərliyi Pelenin özünün vəsiyyətini rəhbər tutaraq belə qərara gəlib. “Futbol kralı” bunu 2017-ci ildə müsahibəsi zamanı gətirmişdi.
Xatırladaq ki, Pele 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. Əfsanəvi braziliyalı son illər xərçənglə mübarizə aparır. O, 1956-1975-ci illərdə "Santos"da çıxış edib. Bu klubda Braziliya millisində üçqat dünya çempionu 10 nömrə altında çıxış edib.
Mirağa