"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya yalnız bu komanda ilə müqavilə bağlayan Kriştianu Ronaldunu deyil, həm də Argentina millisinin və PSJ-nin superulduzu Lionel Messini heyətə qatmaq istədiklərini deyib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Ronaldu? Mən öncə Messi ilə müqavilə bağlanmasını istəyirdim. Bəli, şəxsən Leonun keçidinə çalışmışam".
Qeyd edək ki, Ronaldu "Əl-Nəsr"lə hər mövsüm üçün 200 milyon avro qazanc qarşılığında 2,5 illik müqavilə imzalayıb.
Nihat