Manuel Noyer zədələnəndən sonra qapıçı axtarışına çıxan "Bayern Münhen" rəhbərliyinin yeni hədəfi bəlli olub.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin nümayəndələri Frankfurt "Ayntraxt"ının qolkiperi Kevin Trappın agenti ilə əlaqə saxlayıb.
Xəbərə görə, Trapp özü "Bayern"ə keçməyin əleyhinə deyilsə, "Ayntraxt" indiki müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq 32 yaşlı "çərçivə" qoruyucusu ilə anlaşma yeniləmək niyyətindədir. Mənbə klublar arasında danışıqların davam etdiriləcəyini vurğulayıb.
Nihat