"Tottenhem" 36 yaşlı əsas qapıçı Uqo Lyorisə əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
Mənbənin iddiasına görə, londonlular “Şaxtyor”un və Ukrayna millisinin 21 yaşlı qapıçısı Anatoli Trubinlə maraqlanır.
Son iki mövsümdə avrokuboklarda uğurlu oyunları sayəsində özünü yaxşı tərəfdən göstərən gənc qolkiper “Tottenhem”in diqqət dairəsinə düşüb.
Trubinin "Şaxtyor"la müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir və "Tottenhem" rəhbərliyi bu amilin danışıqlar prosesində onlara kömək edəcəyini, müqavilənin mümkün qədər ucuz başa gələcəyini düşünür.
Mirağa