İspaniya La Liqasının 16-cı turunda "Barselona" səfərdə "Atletiko Madrid"i 1:0 hesabı ilə üstələyib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Kataloniya təmsilçisinin gənc futbolçusu Qavi üçün əlamətdar olub.
18 yaş 156 günlük yarımmüdafiəçi La Liqada 50-ci oyununu keçirib. Qavi XXI əsrdə İspaniya çempionatında 50 matç həddinə çatmış ikinci ən gənc futbolçu ünvanına sahib çıxıb. Bu sayda La Liqa qarşılaşmasında top qovan ən gənc futbolçu isə Bilbao "Atletik"inin yarımmüdafiəçisi İker Munyaindir. Munyain 18 yaş 77 günlüyündə 50-ci matçında oynayıb.
Nihat