Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Football.london": "Çelsi" PSV-nin hücumçusu Noni Madueke ilə maraqlanır. Donetsk "Şaxtyor"undan Mixail Mudrikin keçidini bu mövsüm reallaşdıra bilməyən London təmsilçisi Noni variantı üzərində dayanıb.
"The Athletic": "Real Madrid" futbolçusu Marko Asensio ilə bağlı qərar verib. La Liqa klubu hücumameyilli yarımmüdafiəçi ilə müqaviləni yeniləmək fikrindədir. Komandanın baş məşqçisi Karlo Ançelotti ispaniyalı futbolçuya güvəndiyini bildirib.
Baş tutmuş transferlər:
Fransanın “Olimpik Marsel" klubu İtaliya “Atalanta”sından Ruslan Malinovskini icarəyə götürüb. Ukrayna millisinin 29 yaşlı yarımmüdafiəçisi 2022/23 mövsümünün sonuna kimi Liqa 1-də çıxış edəcək. Müqavilədə satınalma şərti də var.
***
İngiltərə “Everton”u İsveçrə yığmasının sabiq qapıçısı Eldin Yakupoviçlə vidalaşıb. 38 yaşlı qolkiper ABŞ-ın “Los Anceles” klubu ilə anlaşıb. "Everton"dan azad agent kimi ayrılan Eldinlə MLS təmsilçisi 1+1 illik müqavilə imzalayıb.
***
Fransanın “Monpelye” klubunun müdafiəçisi Arno Suke komandadan ayrılıb. 30 yaşlı futbolçu ABŞ təmsilçi “Çikaqo Fayr” ilə anlaşıb. "Monpelye"dən azad agent kimi ayrılan Arnonun MLS təmsilçisi ilə müqavilənin müddəti 2025-ci ilin 31 dekabrına qədərdir.
Röya