"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Pol Skoulz "Arsenal"ın bu mövsüm Premyer Liqanı qazanmaq şansları haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, "Manchester Evening News"ə açıqlamasında Mikel Artetanın komandanı çempion edə bilməyəcəyini deyib:
"Arsenal"ın çempionluq şansları? "Topçular" əla sürət yığıb, lakin zədələr hər şeyi məhv edə bilər. Bundan əlavə, Artetanın titullar uğrunda mübarizədə təcrübəsi yoxdur".
London " Arsenal "ı hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. 17 matçda "topçular" 44 xal toplayıb. “Mançester Siti” “Arsenal”dan 5 xal geri qalır. "Arsenal" bu gün “Tottenhem” üzərində qələbə qazanacağı təqdirdə əsas izləyicisindən daha da uzaqlaşacaq.
Mirağa