Ukraynalı futbolçu Mixail Mudrikin Donetsk "Şaxtyor"undan "Çelsi"yə keçidi futbol tarixinin qış transfer pəncərəsində həyata keçirilən ən bahalı transferləri arasında ilk "5-liy"ə düşüb.
Fanat.Az-ın hesablamalarına görə, "zadəganlar"ın 70 milyon avroya heyətə qatdığı Mudrik ("Şaxtyor" müxtəlif bonuslar şəklində daha 30 milyon avro qazana bilər) siyahıda 4-cüdür.
İlk "5-lik" isə belədir:
Filippe Kotinyo ("Liverpul"dan "Barselona"ya, 135 milyon avro);
Vircil van Deyk ("Sauthempton"dan "Liverpul"a, 84,7 milyon avro);
Duşan Vlahoviç ("Fiorentina"dan "Yuventus"a, 81,6 milyon avro);
Mixail Mudrik (Donetsk "Şaxtyor"dan "Çelsi"yə, 70 milyon avro);
Emerik Laport (Bilbao "Atletik"indən "Mançester Siti"yə, 65 milyon avro).
Nihat