Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"TalkSPORT": "Borussiya Dortmund" "Mançester Yunayted"in hücumçusu Antoni Elanquya elçi düşüb. Bundesliqa təmsilçisi 20 yaşlı isveçli vingeri tezliklə heyətinə qatmağı planlaşdırır.
İnsayder Fabritsio Romano: "Çelsi"nin maraqlandığı Markus Türam klubu "Borussiya Dortmund" ilə müqavilə yeniləməyəcək. Bu vəziyyət "Çelsi"nin transferi həyata keçirməsi üçün şansı artırır.
Baş tutmuş transfer xəbərləri:
Fransanın “Nant” klubu 2 futbolçu transfer edib. Almaniya “Şalke”sindən Floran Molle ilə “Paris” klubundan Jauen Hadjam komandaya cəlb olunub. Almaniyalı yarımmüdafiəçi Molle ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. 19 yaşlı müdafiəçi Hadjamın sözləşməsi isə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.
İngiltərənin “Nottingem Forest” klubu Braziliya “Palmeyras”ından Danilonu transfer edib. 21 yaşlı yarımmüdafiəçisi ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Röya